AZ

Arsenal onun üçün 100 milyon avra ödəməyə hazırdır

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Arsenal" onun üçün 100 milyon avra ödəməyə hazırdır

"Arsenal" qarşıdan gələn yay "İnter"in mərkəz müdafiəçisi Alessandro Bastonini trnasfer etməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

İngiltərə klubunun rəhbərliyi baş məşqçi Mikel Artetanın taktiki sisteminin əsasən Bastoninin güclü tərəflərinə uyğun olduğuna inanır. "İnter" isə 90-100 milyon avrodan başlayan təklifləri nəzərdən keçirməyə hazırdır. Oyunçunun Milan klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Bildirilib ki, "Arsenal" 26 yaşlı futbolçuya görə 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Bastoni 2017-ci ilin avqustunda "Atalanta"dan 31 milyon avroya "İnter"ə keçib. Bu mövsüm o, 33 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
qol.az

2Mənbələr