AZ

ABŞ hücum etməzdən bir gün əvvəl İrana ultimatum veribmiş: Nə tələb edib?

İrana hücum etməzdən bir gün əvvəl ABŞ İrana son ultimatumu veribmiş.

Publika.az xəbər verir ki, ABŞ Tehrandan uranın zənginləşdirilməsinə moratorium qoyulması tələbini qəbul etməsini istəyib.

Bu barədə “Axios” ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

İrana zərbələr fevralın 26-da Cenevrədə keçirilən Vaşinqton və Tehran arasında İranın nüvə dosyesi üzrə son danışıqlar raundundan dərhal sonra başlayıb.

Mənbənin məlumatına görə, səhər məsləhətləşmələri başa çatdıqdan sonra amerikalı danışıqçılar Kared Kuşner və Stiven Uitkoff yekun təkliflə geri qayıdıblar. Amerika tərəfi Tehrandan uranın zənginləşdirilməsinə 10 illik moratorium tətbiq etməsini tələb edib və bunun müqabilində mülki ehtiyaclarını ödəmək üçün pulsuz nüvə yanacağı təmin edəcəyinə söz verib.

Seçilən
57
1
publika.az

2Mənbələr