AZ

Bütün hücumlardan sağ çıxan, Xameneini ən son görən şəxs - Xain odur?

İranda yüksək səviyyəli şəxslərin öldürüldüyü hücumda yeganə sağ çıxan şəxs İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani olub. Diqqətçəkən məqam isə budur ki, o, buna bənzər hücumdan ilk dəfə sağ çıxmır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki,İranın ali lideri Əli Xameneinin ölümünə səbəb olan hücumdan bir neçə dəqiqə əvvəl ərazini tərk edən Qaani, əvvəlki "möcüzəvi" qaçışları ilə də casusluq şübhələrinin mərkəzinə çevrilib.

İddiaya görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İran daxilindəki yerli agent şəbəkəsinin məlumatları hücumun "uğur"unda həlledici rol oynayıb.

Əvvəlcə gecə vaxtı üçün planlaşdırılan əməliyyat, görüş haqqında alınan kəşfiyyat məlumatlarına əsasən səhər saatlarına keçirilib. ABŞ rəsmiləri vurğulayırlar ki, əməliyyatın aparılması qərarı İran daxilindəki "çox etibarlı" mənbələrdən alınan məlumatlara əsasən yekunlaşdırılıb.

Seçilən
52
1
publika.az

2Mənbələr