AZ

Finalissima keçirilməyə bilər

İspaniya və Argentina yığmaları arasında martın 27-nə planlaşdırılan Finalissima oyununun keçirilməsi sual altına düşüb.

Msport.az xəbər verir ki, bölgədə artan hərbi gərginlik səbəbindən Qətərdə bütün futbol yarışları və matçlar qeyri-müəyyən müddətə təxirə salınıb.

Halbuki Qətərin bu nüfuzlu qarşılaşmaya ev sahibliyi etməsi planlaşdırılırdı.

Fevralın 28-də ABŞ və İsrail İran əleyhinə birgə hərbi əməliyyata başlayıb. İran isə cavab olaraq ABŞ-ın hərbi bazalarına və İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyndəki obyektlərinə zərbələr endirib.

Gərgin vəziyyət fonunda İran millisinin yayda ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatında iştirakı da sual altına düşüb.

Seçilən
60
4
msport.az

5Mənbələr