AZ

Emin Əmrullayev Şuşada vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 11 mart tarixində Şuşa şəhərində vətəndaşları qəbul edəcək.

Aznews.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 6 mart (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Seçilən
87
10
aznews.az

8Mənbələr