AZ

Qida subyektlərinin nümayəndələri gigiyena tələbləri barədə məlumatlandırılıblar

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Təlim Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə qida subyektlərinin nümayəndələrinə “Qida təhlükəsizliyi haqqında” Qanunu və həmin Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib.

İştirakçılar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanılması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıblar. İnteraktiv formada təşkil edilən təlimin yekununda müzakirələr aparılıb və iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, təlim “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.

Onu da bildirək ki, AQTİ tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr