AZ

Emin Əmrullayev Şuşada vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 11 mart tarixində Şuşa şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 6 mart (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Qeyd edək ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Seçilən
109
7
apa.az

10Mənbələr