AZ

İmmun sistemi barədə 5 ən böyük mif və real tibbi həqiqətlər – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti izah edir

Bakı. Trend:

Müasir dövrdə immun sistemi ilə bağlı kifayət qədər məlumat olsada, bu sahədə elmi əsaslara söykənən düzgün yanaşma xüsusiləvacibdir. İmmunitetin “gücləndirilməsi” ilə bağlı geniş yayılmışfikirlərin fonunda əsl tibbi həqiqətlər nələrdir? İmmun sisteminecə işləyir, onun zəifləməsi hansı hallarda real problem sayılırvə laborator analizlər nə zaman tələb olunur?

Trend busuallara aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov ilə müsahibənitəqdim edir. Mütəxəssis immun sisteminin əsas funksiyalarını,anadangəlmə və qazanılmış immunitetin fərqlərini, eləcə də immunzəifliyi ilə bağlı doğru və yanlış yanaşmaları izah edir.

- İmmun sisteminin əsas funksiyası nədir?

– İmmun sisteminin əsas funksiyası orqanizmi yad və potensialzərərli təsirlərdən qorumaqdır. Bunlara bakteriyalar, viruslar,göbələklər, parazitlər və şiş hüceyrələri daxildir. Müasir tibbiyanaşmada immun sistemi təkcə infeksiyalara qarşı mübarizə aparanmexanizm kimi deyil, eyni zamanda daxili nəzarət və tarazlıqsistemi kimi qəbul edilir. O, yad antigenləri tanıyır, onlarızərərsizləşdirir, zədələnmiş və mutasiyaya uğramış hüceyrələriaradan qaldırır və gələcəkdə eyni patogenlə qarşılaşdıqda dahasürətli cavab vermək üçün immun yaddaşı formalaşdırır. Bir sözlə,immun sistemi vasitəsilə biz xəstəliklərdən qorunuruq.
İctimai sağlamlıq sahəsində infeksiyaların monitorinqi və nəzarətiilə məşğul olmaq,immun sistemini həm fərdi, həm də cəmiyyətsəviyyəsində əsas qoruyucu amilə çevirir.Bu yanaşma xüsusiləpeyvənd proqramları və epidemioloji nəzarət strategiyalarında özəksini tapır.

– Anadangəlmə immunitet nədir?

– İmmun sistemi funksional baxımdan iki əsas hissədən ibarətdirvə bunlar bir-biri ilə sıx əlaqədə işləyir. Onlardan birianadangəlmə immunitet, digəri isə qazanılmış immunitetdir.

Anadangəlmə immunitet insanın doğulduğu andan mövcud olanmüdafiə mexanizmidir və qeyri-spesifik xarakter daşıyır. Bu odeməkdir ki, sistem konkret bir mikroorqanizmə qarşı deyil, ümumitəhlükələrə qarşı reaksiya verir. O, orqanizmin ilk müdafiə xəttihesab olunur və çox qısa müddət ərzində aktivləşir.
Bu müdafiə mexanizminə dəri və selikli qişalar kimi fizikimaneələr, mədə turşusu və müxtəlif fermentlər kimi kimyəvibaryerlər, eləcə də neytrofillər, makrofaqlar və təbii killerhüceyrələri kimi hüceyrəvi komponentlər daxildir. Komplementsistemi də bu mexanizmin mühüm hissəsidir və patogenlərinzərərsizləşdirilməsində iştirak edir. Anadangəlmə immunitet sürətlivə effektiv ilkin cavab təmin edir.

– İmmunitet zəifliyini göstərən əsas laborator analiz və testlərvarmı?

– İmmunitet zəifliyi anlayışı tibbdə dəqiq meyarlara əsaslanırvə yalnız subyektiv şikayətlər əsasında qiymətləndirilmir. Xəstədəntam anamnez topladıqdan sonra müayinələr əsasında qərar verilir. Ənsadə ilkin müayinə tam qan analizidir. Bu analiz leykositlərinümumi sayını və onların diferensial paylanmasını göstərir.Leykositlərin aşağı və ya yuxarı olması immun sistemində funksionalpozğunluğa işarə edə bilər.

İmmunoqlobulinlərin səviyyəsinin təyini də vacibdir. IgG, IgA vəIgM səviyyələrinin aşağı olması humoral immun çatışmazlıqgöstəricisi ola bilər. Limfosit dəyərləri də xüsusi əhəmiyyətdaşıyır. Komplement sisteminin komponentləri də qiymətləndiriləbilər. Klinik vəziyyətdən asılı olaraq əlavə genetik testlər tətbiqolunur.
Laborator nəticələr hər zaman klinik tablo ilə birlikdədəyərləndirilir. Məsələn, vitamin D səviyyəsinin aşağı olmasıavtomatik olaraq ciddi immun çatışmazlıq demək deyil və klinikəlamətlərlə uzlaşdırılmalıdır.

– İmmunitet zəifliyinin simptomları nələrdir?

– İmmun sisteminin zəifliyi özünü ən çox təkrarlayan və ağırgedişli infeksiyalarla göstərə bilər. Xüsusilə tez-tez baş verənrespirator infeksiyalar, təkrarlanan pnevmoniyalar və uzunmüddətliantibiotik ehtiyacı diqqət çəkir. Göbələk infeksiyalarının davamlıxarakter alması, yaraların gec sağalması və səbəbi izah olunmayanxroniki yorğunluq da mümkün əlamətlərdəndir.
Uşaqlarda böyümə və inkişaf geriliyi də immun çatışmazlıqdanşübhələnməyə əsas verə bilər.

İmmun çatışmazlıqlar genetik mənşəli ola bilər. Digər hallardaisə kimyaterapiya, metabolik pozğunluqlar, ağır qidalanmaçatışmazlığı və ya xroniki stress nəticəsində ikincili immunçatışmazlıq inkişaf edə bilər.

– Sağlam qidalanma immuniteti gücləndirirmi?

– Sağlam və balanslı qidalanma immun sisteminin normalfəaliyyəti üçün vacibdir, lakin onu gücləndirən vasitə kimi qəbuletmək düzgün deyil. İmmun hüceyrələrin və anticisimlərin sinteziüçün kifayət qədər zülal və uyğun vitamin və mikroelement qəbuluzəruridir.

Liflə zəngin qidalar bağırsaq sağlamlığını dəstəkləyir və immunsistemin tənzimlənməsində mühüm rol oynayır.

Sağlam insanlarda əlavə vitamin və mineral qəbulunun immunsistemini gücləndirdiyinə aid sübutlar mövcud deyil. Lakin realçatışmazlıq aşkar edildikdə onun korreksiyası vacibdir və bu, immunfunksiyanın normallaşmasına kömək edə bilər.

İmmun sistemi mürəkkəb və çoxsəviyyəli müdafiə mexanizmidir. O,patogenlərlə mübarizə aparır, hüceyrə nəzarətini təmin edir vəimmun yaddaşı formalaşdırır. Anadangəlmə immunitet sürətli vəqeyri-spesifik müdafiə təmin edir. Qazanılmış immunitet isəspesifik və uzunmüddətli qoruma yaradır. İmmunitet zəifliyi yalnızklinik və laborator meyarlarla təsdiqlənə bilər və sağlam həyattərzi, balanslı qidalanma, kifayət qədər yuxu və stressin idarəolunması immun sağlamlığın qorunmasında mühüm rol oynayır.

Seçilən
5
6
az.trend.az

10Mənbələr