AZ

İran Baş Qərargah rəisi, İİKK baş komandanı və müdafiə nazirinin ölümünü təsdiqləyib » AzadMedia.az


İran Xarici İşlər Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-leytenant Məhəmməd Pakpurun, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvinin, müdafiə naziri general-leytenant Əziz Nəsirzadənin və Müdafiə Şurasının katibi admiral Əli Şamxaninin vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

"Həyatı səmimiyyət və fədakarlıqla dolu olan bu böyük insanlar ölkənin müstəqilliyini və təhlükəsizliyini müdafiə etməyin ön sıralarında dayandılar və nəhayət, səmimi mübarizələrinin mükafatını yüksək şəhid statusuna nail olmaqla aldılar", - XİN əlavə edib.
Seçilən
0
1
azadmedia.az

2Mənbələr