AZ

BƏƏ səmasında qadağa LƏĞV EDİLDİ: Əbu-Dabidən ilk təyyarə HAVAYA QALXDI

BƏƏ-də hava nəqliyyatı bərpa olunub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hava məkanının bağlanmasından sonra Əbu-Dabi hava limanından ilk təyyarə uçuş həyata keçirib.

Məlumata görə, bu, “Etihad Airways” aviaşirkətinə məxsus Honkonq istiqamətində hərəkət edən yük təyyarəsidir.

Eyni zamanda, Əbu-Dabidəki otellərdə qalan turistlər bildirirlər ki, mehmanxanaların qarşısına xüsusi avtobuslar gəlib və insanları hava limanına daşımağa başlayıblar.

Məlumata görə, bu gün üçün Moskva, London, Amsterdam, Deli və digər şəhərlər də daxil olmaqla, ümumilikdə 10-a yaxın reys planlaşdırılıb. Hava nəqliyyatının mərhələli şəkildə tam bərpa olunması gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
81
interpress.az

1Mənbələr