AZ

İranın əsas fiqurlarından 7 si zərərsizləşdirildi ADLAR

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda ABŞ ilə İsrailin hücumlarında həyatını itirən yüksək rütbəli hərbi rəsmilərdən daha 7 nəfərin adı açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, "Təsnim" agentliyi Baş Qərargaha bağlı "Müdafiə və Müqavimət Dəyərlərini Qoruma və Yayma Fondu" tərəfindən verilən 2 nömrəli bəyanatın mətnini dərc edib.

ABŞ və İsrailin hücumlarında İran lideri Əli Xameneyinin ofisinin Baş katibi general-mayor Məhəmməd Şirazi, onun müavini general-mayor Əkbər İbrahimzadə, Baş Qərargahın Əməliyyat İdarəsinin Plan və Əməliyyat şöbəsinin rəisi Möhsüni Mütləq, Baş Qərargahın Kəşfiyyat idarə rəisinin müavini general-mayor Saleh Əsədi, Hüquq-Mühafizə Qüvvələrinin Kəşfiyyat Təşkilatının rəhbəri Qulamreza Rezaiyan, Baş Qərargahın Hazırlıq şöbəsinin rəisi general-mayor Həsən Əli Tacik və Silahlı Qüvvələrin Hazırlıq və Logistika idarə rəisinin müavini general-mayor Möhsün Dərrəbağinin də öldüyü bəyan edilib.

Qeyd edək ki, İran Silahlı Qüvvələrindən dünən verilən açıqlamada Müdafiə Şurasının iclası zamanı baş verən hücumlarda Baş Qərargah rəisi Əbdürrəhim Musəvi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur, Müdafiə Şurasının Baş katibi Əli Şamxani və Silahlı Qüvvələrin Logistik Dəstək rəisi Əziz Nasirzadənin həyatını itirdiyi bildirilmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr