AZ

BDU tələbələrinin fotolarını montajlayıb paylaşmaqda davam edirlər

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən həftə sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilməklə hazırlanmış təhqiramiz foto və videomaterialların yayılması ilə bağlı məlumatlar dərc etmişdik.

Daha sonra Daxili İşlər Nazirliyi əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılovu saxladı.

Lakin problem bununla bitmədi...

BAKU.WS-in məlumatına görə, hazırda sosial şəbəkələrdə, xüsusilə də TikTok-da "Fəxriyə azadlıq" adlı səhifələr yaradılaraq yenidən tələbələrin montaj edilmiş fotoları yayımlanır.

Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirildi ki, məsələ araşdırılır.

Qalereya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
baku.ws

2Mənbələr