Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
27 fevral 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında həkim-rezidentlər üçün “Uşaqlarda uroloji xəstəliklər zamanı kliniki şikayətlər” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov geniş təqdimatla çıxış edərək mövzu ətrafında elmi əsaslandırılmış məlumatlar verib. O, praktik təcrübəyə əsaslanan klinik nümunələri iştirakçılarla bölüşərək uşaqlarda uroloji problemlərin vaxtında aşkar edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Seminar interaktiv formatda davam edib, iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb. Tədbir həkimlərin peşəkar bilik və bacarıqlarının artırılması, multidissiplinar yanaşmanın gücləndirilməsi və pediatrik xidmətin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.