AZ

Pakistanda Xameneinin öldürülməsindən komendant saatı elan OLUNDU

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pakistanın şimalında yerləşən Gilgit-Baltistan bölgəsinin Skardu şəhərində İranın ali dini lideri Əli Xameneinin ABŞ-İsrail hücumları nəticəsində öldürülməsindən sonra başlayan kütləvi etirazlar səbəbilə komendant saatı elan edilib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, hadisədən sonra bölgədə aksiyalar şiddətlənib. Nümayişçilər BMT-nin yerli ofislərinə hücum edib, həmçinin bir məktəb və polis bölməsi yandırılıb.

Gilgit-Baltistan polisi Skardu şəhərində komendant saatının tətbiq edildiyini açıqlayıb. Hüquq-mühafizə orqanları əhalini təmkinli olmağa çağıraraq, ictimai əmlakın qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu bildirib.

Bölgədə olan bütün xarici turistlər təhlükəsiz ərazilərə təxliyə olunub, bəzi yollar isə təhlükəsizlik səbəbilə nəqliyyat üçün bağlanıb. Gilgit-Baltistan ərazisində mağazalar, bazarlar və ticarət mərkəzləri fəaliyyətini dayandırıb.

Xameneinin ölümü Pakistanın digər şəhərlərində də etirazlara səbəb olub. Xüsusilə Karachi şəhərində ABŞ və İsrailin İrana qarşı hücumlarına etiraz edən qrupun ABŞ Konsulluğuna daxil olmağa cəhd göstərməsindən sonra təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 10 nəfər həyatını itirib, 32 nəfər yaralanıb. Paytaxt Islamabad, eləcə də Lahore, Peshawar və Quetta şəhərlərində də etiraz aksiyaları keçirilib. İslamabadda baş verən toqquşmalar zamanı azı 2 nəfər ölüb, 30-dan çox şəxs yaralanıb. Gilgit-Baltistan bölgəsində isə BMT ofislərinə hücumlar nəticəsində baş verən iğtişaşlarda 12 nəfərin öldüyü, 80-dən çox insanın xəsarət aldığı bildirilir.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
redaktor.az

3Mənbələr