AZ

Xameneinin öldürülməsi beynəlxalq hüquqa ziddir Əraqçi

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İranın ali lideri Əli Xameneinin öldürülməsi İsrail və ABŞ tərəfindən beynəlxalq hüququn fundamental prinsiplərinə birbaşa hücumdur.Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin BMT-nin Baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda deyilir.

Məktubda bildirilib: "ABŞ və İsrail Birləşmiş Millətlər Təşkilatının suveren üzvünün ən yüksək vəzifəli şəxsi, ali lideri Əli Xameneini qəsdən hədəfə alıb. Bu qorxaq terror aktı beynəlxalq hüququn fundamental prinsiplərinə birbaşa hücumdur".

Bundan əlavə, Əraqçi bildirib ki, İranın ali rəhbərliyinin qəsdən öldürülməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və "Pandora qutusu"nu açır."İran İslam Respublikasının ən yüksək vəzifəli şəxsinin qəsdən hədəfə alınması dövlətlər arasında münasibətləri tənzimləyən ən fundamental normaların kobud və misli görünməmiş şəkildə pozulmasıdır".İranın xarici işlər naziri vurğulayıb ki, "bu cür davranış ehtiyatsızlıqla təhlükəli “Pandora qutusu”nu açır, suveren bərabərliyin, beynəlxalq sistemin sabitliyinin təməllərini sarsıdır".

A.Əraqçi BMT Baş katibi və BMT Təhlükəsizlik Şurasını ABŞ və İsraili məsuliyyətə cəlb etmək üçün konkret tədbirlər görməyə çağırıb. O əlavə edib ki, ABŞ və İsrail insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törədirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
modern.az

1Mənbələr