AZ

Abbas Əraqçi: İranda rejim dəyişikliyi qeyri-mümkündür

İranda rejim dəyişikliyi qeyri-mümkün bir missiyadır.

 

Bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

 

"Liderin yoxluğu və ya ölümü sistemin çökməsi demək deyil. Dövlət institutları toxunulmaz qalır," - deyə o bildirib.

 

Seyid Abbas Əraqçi qeyd edib ki, yeni Ali Lider bir-iki gün ərzində seçilə bilər: “Biz yüksək rütbəli hərbi komandirlərimizi itirdik, amma onların yerinə dərhal yeniləri təyin edildi. Hərbi hissələrimiz hazırda əvvəllər verilmiş ümumi təlimatlara uyğun olaraq müstəqil və təcrid olunmuş şəkildə fəaliyyət göstərirlər”.

 

Seçilən
8
5
senzor.az

6Mənbələr