AZ

Türkiyədə MHP li bələdiyyə sədri döyüldü: Silah səsləri eşidildi

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin Giresun vilayətinin Eynesil rayonunda MHP-ni təmsil edən bələdiyyə sədri Barış Güdük ilə bələdiyyə məclisinin üzvü arasında baş verən mübahisə dava ilə nəticələnib.

Oxu.Az "İhlas Haber Ajansı"na istinadən xəbər verir ki, hadisə Barış Güdük ilə məclis üzvü S.T. arasında fikir ayrılığı zəminində başlayıb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. İddialara görə, qarşıdurmaya başqa şəxslər də qoşulub və hadisə zamanı havaya atəş açılıb. Xəsarət alan Güdük xəstəxanaya müraciət edərək tibbi ekspertiza rəyi alıb və şikayətçi olub. Onun səhhətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
oxu.az

1Mənbələr