AZ

Ərdoğan: Türkiyə İran ətrafındakı münaqişənin həllini dəstəkləməyə hazırdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə telefon danışığında ölkəsinin İran ətrafındakı münaqişənin həlli üçün sülh səylərini dəstəkləməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisinin yaydığı açıqlamada bildirib.

Ərdoğan münaqişənin həlli səyləri kontekstində Türkiyə ilə Aİ arasında sıx koordinasiyanın davam etdirilməsinin vacib olduğunu qeyd edib.

İrana hücum və sonrakı eskalasiyanın müzakirə edildiyi telefon danışığında Ərdoğan bildirib ki, Türkiyə bütün tərəfləri diplomatiyaya və danışıqlara qayıtmağa dəvət edir və sülh prosesinə hərtərəfli dəstək verməyə hazırdır.

Seçilən
29
1
far.az

4Mənbələr