AZ

İranda rejim dəyişikliyinə start verilib - Sabiq xarici işlər naziri

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İranda hakimiyyət dəyişikliyindən sonra proseslərin mümkün ssenarisi ilə bağlı düşüncələrini bölüşüb.

AzNews.az-ın xəbərinə görə, sabiq nazir düşünür ki, təhlil üçün əsas kimi anti-İran koalisiyasının irəli sürdüyü məlum dörd bəndlik “ultimatum” götürülməlidir:

"İİR ərazisinə davam edən aviasiya və raket zərbələri nəticəsində yaxın günlərdə nüvə və raket proqramı üzrə istehsal gücləri tamamilə məhv ediləcək. Söhbət istehsal zəncirinə daxil olan onlarla obyektdən gedir və onların dağıdılması İran rəhbərliyinin nüvə silahına və onun daşıyıcı vasitələrinə sahib olmaq planlarının sonu demək olacaq. Bu isə ultimatumun iki bəndinin de-fakto “yerinə yetirilməsi”dir.

Üçüncü bənd- İİR hüdudlarından kənarda “müqavimət cəbhəsinə” dəstək - müharibənin əvvəlki mərhələlərində demək olar ki, tamamilə darmadağın edilib.

Dördüncü bənd- “rejimin dəyişdirilməsi” qalır.

Onun icrasına artıq başlanılıb; bu mənada, prosesə açıq şəkildə müqavimət göstərənlərin demək olar ki, hamısı yenidən başlamış hərbi əməliyyatların ilk iki günü ərzində öldürülüb.

Seçilən
67
aznews.az

1Mənbələr