Hazırda Hörmuz boğazını bağlamaq niyyətimiz yoxdur.
Redaktor.az-ın xəbərinə görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
İran xarici işlər naziri bildirib ki, bu mərhələdə Hörmüz boğazını bağlamaqla istiqamətində hər hansı bir addım atmağı planlaşdırmırlar.
***
İran hökuməti strateji əhəmiyyətli Hörmüz boğazından gəmilərin tranzitini icazə verəcək.
Redaktor.az xəbər verir ki, bu barədə İran Ali Məsləhət Orqanın katibi bildirib.
Qeyd edilib ki, ABŞ hərbi gəmiləri isə hələ də İranın hücumları üçün qanuni hədəflər olaraq qalır.
***
İran Hörmüz boğazını bağlayır.
Redaktor.az İran mətbuatına istinadən xəbər verir.
"Reuters" isə bildirib ki, gəmilər İran İnqilab Keşikçiləri Korpusundan (SEPAH) yüksək tezlikli təkrar mesajlar alır: "Həmin mesajlarda heç bir gəminin Hörmüz boğazından keçməyə icazəsi olmadığı bildirilib".
Qeyd edək ki, Hörmüz boğazından dünya neftinin təxminən 20%-i keçir.