Avtomobil yollarında mövcud vəziyyətlə bağlı rəsmi məlumat açıqlanıb.
Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 2-də rayonlarda gecə və səhər saatlarında bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. Bu səbəbdən magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Sürücülərə ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və ara məsafəsini qorumaqları tövsiyə olunur.
DOĞRU.AZ