AZ

Xameneinin öldürülməsi ilə bağlı əməliyyatın DETALLARI

İsrail Hərbi Hava Qüvvələri İranın mərhum ali lideri Əli Xameneinin iqamətgahına zərbənin vaxtını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən təyin edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The New York Times” qəzeti yayıb. 

Qəzet yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bir neçə ay ərzində Xameneinin izlənməsi ilə məşğul olub:

“Bu, İran ali liderinin qrafikini və hərəkət saatlarını detallı şəkildə müəyyən etməyə imkan verib. Kəşfiyyat izləmə prosesi zamanı fevralın 28-i səhər saatlarında Əli Xameneinin iqamətgahında iranlı yüksəkrütbəli hərbçilərlə görüş keçirəcəyi barədə məlumat əldə edib. Məhz bu məlumata görə ABŞ və İsrail hərbçiləri əməliyyatın saatını gecədən səhərə keçirib”.

Xatırladaq ki, fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İranda hökumət vəhərbi hədəflərə zərbə endirib. Zərbə nəticəsində Əli Xamenei və onun yaxın ətrafına daxil olan 40 nəfər öldürülüb. 

Seçilən
2
3
redaktor.az

4Mənbələr