AZ

"Xameneinin yolunu davam etdirəcəyik" - Pezeşkian xalqa müraciət etdi (VİDEO)

İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edib.

"Unikal" xəbər verir ki, Pezeşkian videomüraciətində:

▪️Çıxışının əvvəlində Ali Liderin vəfatı ilə bağlı başsağlığı verdi və Müvəqqəti Liderlik Şurasının artıq işə başladığını bildirib.

▪️"Məscidlərə və küçələrə çıxan xalq düşmənlərin məkrli planlarını puça çıxaracaq. Biz Əli Xameneinin yolunu davam etdirəcəyik" deyib.

▪️O, İran silahlı qüvvələrinin "düşmən bazalarına güclə zərbə endirdiyini və vurmağa davam edəcəyini" vurğulayıb.

▪️"Həmişə olduğu kimi, düşmənlərimizi məyus edəcəyik", - deyə prezident əlavə edib

▪️ Qeyd etdi ki, silahlı qüvvələrin hərəkətləri ölkəni müdafiə etməyə və təhdidləri dəf etməyə yönəlib, dövlətin xarici təzyiqə cavab vermək əzmini vurğulayıb.

Bundan əlavə Pezeşkian daimi lider seçilənə qədər İranı idarə edəcəyini açıqladı.

"Düşmənlərimizin bazalarını və imkanlarını məhv etməklə onları ümidsizliyə salacağıq. Onların planları qarşısında bir olmalıyıq", - deyə Pezeşkian İran mediası tərəfindən yayımlanan xalqa müraciətində bildirib.

Seçilən
16
1
unikal.az

10Mənbələr