ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
“Əli Xameneinin ölümü İran xalqına ümid verir”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen X sosial media hesabında yazıb.
“Gələcəyin onlara məxsus olmasını və bunu özlərinin formalaşdırmasını təmin etməliyik”, – o bildirib.
Daha əvvəl Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib ki, Xameneinin ölümü İran tarixində dönüş nöqtəsi olub.
Qeyd edək ki, fevralın 28-i ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başladı.
İslam Respublikasının paytaxtı da daxil olmaqla, çoxsaylı şəhərlərinə hücum edilib. Bir zərbə Ali Lider Əli Xameneinin iqamətgahına dəyib və o, sağ qalmayıb. Cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika hava bazalarına raket və pilotsuz təyyarələrlə hücum edib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.