“İran ali lideri Əli Xameneinin öldürülməsinə görə qisas almağı öz borcu və qanuni hüququ hesab edir”.
Oxu.Az xəbər verir ki, bu barədə ölkə Prezidenti Məsud Pezeşkianın “Telegram” kanalında yayılan bəyanatında deyilir.
“İran İslam Respublikasının ali siyasi liderinin və şiə dünyasının görkəmli rəhbərinin öldürülməsi şər ABŞ-İsrail ittifaqı tərəfindən müsəlmanlara, xüsusən də dünyadakı şiələrə qarşı müharibənin açıq elanıdır”, – deyə Pezeşkianın mətbuat xidməti onun müraciətinin mətnindən sitat gətirib.