Rusiya prezidenti Vladimir Putin İran lideri Əli Xamneyinin ölümünü beynəlxalq hüququn pozulması aktı kimi qınayıb və mərhumun Rusiya-İran münasibətlərinə verdiyi böyük töhfəni qeyd edib.
Rusiya prezidenti hadisəni "bütün insan əxlaqı normalarını və beynəlxalq hüququ pozan həyasız qətl" adlandırıb.
O bildirib ki, Xamneyi Rusiyada İran və Rusiya arasındakı münasibətlərə "böyük töhfə" verən "görkəmli dövlət xadimi" kimi xatırlanacaq.
Putin həmçinin İran prezidenti Məsud Pezeşkiana və İran xalqına başsağlığı verib.