AZ

Azərbaycan səması əsas marşruta çevrilib – FOTO

İran ətrafında gərginliyin artması və ABŞ ilə İsrailin mümkün zərbələri ilə bağlı müzakirələr fonunda bir çox ölkə hava məkanını bağlamağa başlayıb.

Nəticədə aviaşirkətlər qısa müddətdə marşrutlarını yenidən qurmağa və reysləri təhlükəsiz istiqamətlərə yönləndirməyə məcbur qalıblar.

NOCOMMENT.az xəbər verir ki, bu vəziyyətdə Azərbaycan ön plana çıxıb.

Regionda gərginlik yüksəldiyi və məhdudiyyətlər tətbiq olunduğu halda, Azərbaycanın hava məkanı beynəlxalq aviasiya üçün əsas işçi dəhlizə çevrilib.

Əvvəllər fərqli marşrutlarla hərəkət edən təyyarələr indi kütləvi şəkildə Azərbaycan üzərindən uçur.

Flightradar24 məlumatlarına görə, bu istiqamət hazırda əsas alternativ marşrut kimi istifadə olunur. Faktiki olaraq, sözügedən sektorda beynəlxalq reyslərin böyük hissəsi Azərbaycan səması vasitəsilə həyata keçirilir.

Bu, təsadüfi deyil. Bu, böhran dövründə etimad göstəricisidir. Azərbaycan bu gün real Şərq–Qərb hava qapısı rolunu oynayır. Regionda qeyri-sabitlik artdıqca, hərəkət məhz Bakı üzərindən davam edir. Bu artıq yalnız regional funksiya deyil — bu, qlobal logistika mərkəzi səviyyəsidir.

Seçilən
1
2
nocomment.az

10Mənbələr