AZ

Türkiyə İranla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib

Regionda gərginliyin kəskin artması fonunda Türkiyə İranla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.

AZƏRTAC Türkiyənin "Milliyet" qəzetinə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları qanunsuz miqrasiya axınının mümkün artımı ehtimalını nəzərə alaraq İranla 560 kilometrlik quru sərhəddə patrul xidməti həyata keçirirlər.

Nəşr yazır ki, Türkiyə-İran dövlət sərhədinin aktiv və passiv mühafizə sistemi artıq işə salınmış 25 müxtəlif elementdən ibarətdir. Türkiyə qəzeti rəsmi Ankaranın İran tərəfindən raket zərbələrinə məruz qalmayacağının iki səbəbini sadalayıb.

"Birincisi, Türkiyə ərazisində ABŞ bazaları yoxdur. Adanada yerləşən "İncirlik" aviabazası Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığına tabedir, ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri isə orada Ankaranın icazəsi ilə dislokasiya olunur. Eyni zamanda, Malatyada yerləşən "Kürecik" radiolokasiya stansiyası NATO qüvvələrinə aiddir. İkincisi, Türkiyəyə raket zərbəsi Şimali Atlantika Alyansına zərbə olacaq və bu, NATO-nun müvafiq mexanizmini işə salacaq", - deyə qəzet vurğulayır, eyni zamanda Türkiyədə yerli istehsal olan "Hisar" və "Siper" Hava Hücumundan Müdafiə sistemlərinin, eləcə də Rusiya istehsalı S-400 kompleksinin mövcudluğunu xatırladır.

Seçilən
1
5
day.az

6Mənbələr