AZ

TRAMPI BU İKİ ÖLKƏ “YOLDAN ÇIXARIB” Kəşfiyyat İran təhlükəsinin şişirdilidiyini bildirib, amma...

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Prezident Donald Tramp, ABŞ-nin Yaxın Şərqdəki iki müttəfiqi - İsrail və Səudiyyə Ərəbistanının həftələrlə davam edən səylərindən sonra İrana qarşı tammiqyaslı hücuma başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman son bir ay ərzində Trampa dəfələrlə telefon zəngləri edərək ABŞ-nin hücumunu dəstəklədiyini bildirib və bunda israr edib. Eyni vaxtda, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin hücumları üçün uzun müddət səylərini və kampaniyasını davam etdirib.

Mənbələrə görə, Səudiyyə lideri ABŞ rəsmiləri ilə danışıqlar zamanı xəbərdarlıq edib ki, əgər ABŞ indi hücum etməsə, İran daha da güclənəcək və daha təhlükəli olacaq. Məhəmmədin mövqeyini qardaşı, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman da dəstəkləyib. O, yanvar ayında Vaşinqtonda Amerika rəsmiləri ilə qapalı görüşlər keçirib və hücum etməməyin mənfi nəticələri barədə xəbərdarlıq edib.

Qəzet yazır ki, bu birgə səylər Trampı İran rəhbərliyinə və ordusuna qarşı genişmiqyaslı hava hücumu əmri verməyə vadar edib və nəticədə ilk saatlar ərzində Xamenei və bir neçə digər yüksək vəzifəli İran rəsmisi öldürülüb.

Məlum olduğu kimi, bundan öncə Tramp ABŞ-nin "İran rejimindən qaçılmaz təhlükə" ilə üzləşdiyini bəyan etmişdi. Onun dediyinə görə, Tehran nüvə silahları üzərində işləməyə və "tezliklə ABŞ-yə çata biləcək uzun mənzilli raketlər" hazırlamağa davam edir.

Lakin qəzetin də yazdığı kimi, ABŞ kəşfiyyatı belə bir təhlükənin hələlik real olmadığı qənaətində olub: "Bu hücum ABŞ kəşfiyyatının İran qüvvələrinin hətta yaxın onillikdə belə ABŞ-nin materik hissəsinə birbaşa təhlükə yaratması ehtimalının az olduğuna dair rəyinə baxmayaraq baş verib. Bu əməliyyat ABŞ-nin 90 milyondan çox əhalisi olan bir ölkənin rejimini devirmək üçün tammiqyaslı səylərdən çəkinmək kimi uzunmüddətli təcrübəsindən uzaqlaşmasını göstərir".

Xatırladaq ki, Tramp özü ötən il baş verən 12 günlük müharibədən sonra qəti şəkildə iddia etmişdi ki, ABŞ artıq hava hücumları ilə İranın nüvə proqramını məhv edib. Beynəlxalq Atom Enerjisi Agentliyi isə bildirdi ki, İranın bu hücumlardan sonra uran zənginləşdirmə proqramını bərpa etməsinə və ya bomba hazırlamaq üçün aktiv planı olduğuna dair heç bir dəlil yoxdur. ABŞ Müdafiə Nazirliynin Kəşfiyyat İdarəsi ötən il apardığı qiymətləndirmədə İranın qitələrarası ballistik raket hazırlamağa başladığına dair heç bir əlamət tapmayıb. Kəşfiyyat bildirib ki, bunu etmək üçü İrana 10 il vaxt lazım idi.

Ancaq belə görünür ki, ABŞ-nin indiki administrasiyası gözləməmək və İrana belə bir fürsəti verməmək qərarına gəlib…

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
azpolitika.info

1Mənbələr