AZ

Futbolda inqilabi qərarlar: beş saniyə qaydası və VAR a yeni səlahiyyət

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

2026-cı il Dünya Çempionatı da daxil olmaqla bütün turnirlərdə tətbiq olunacaq dəyişikliklər oyunun tempini ciddi şəkildə artıracaq.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolun oyun qaydalarında bir sıra mühüm yenilikləri təsdiqləyib və qərarlar artıq beynəlxalq müstəvidə rəsmi qüvvə qazanıb. Qəbul olunan dəyişikliklər 2026-cı ildə keçiriləcək FIFA Dünya Çempionatı da daxil olmaqla bütün rəsmi yarışlarda tətbiq ediləcək.

İdman.Biz xəbər verir ki, əsas yeniliklərdən biri aut və qapı zərbələri zamanı beş saniyəlik geri sayımın tətbiqidir. Müddət aşılarsa, aut atışı rəqib komandaya veriləcək, qapı zərbəsi gecikdirilərsə, hakim künc zərbəsi təyin edəcək. Bununla vaxtın bilərəkdən uzadılmasının qarşısının alınması hədəflənir.

Oyunçu dəyişiklikləri ilə bağlı qayda da sərtləşdirilib. Meydanı tərk edən futbolçu bunu 10 saniyə ərzində etməlidir. Əks halda, meydana daxil olacaq oyunçu 1 dəqiqə gözləməli olacaq. Zədə alan futbolçuya tibbi yardım göstərildikdən sonra isə o, ən azı 1 dəqiqə meydandan kənarda qalacaq və bu müddət real oyun vaxtı ilə hesablanacaq.

VAR sisteminin səlahiyyətləri də genişləndirilib. Artıq səhv göstərilmiş ikinci sarı vərəqə nəticəsində verilən qırmızı vərəqə, yanlış futbolçuya təqdim edilən kart və açıq-aşkar səhv təyin olunmuş künc zərbələri də videoköməkçi hakim tərəfindən nəzərdən keçirilə biləcək.

Qapıçıların vaxt uzatmağa yönəlmiş taktiki zədələnmələri ilə bağlı ayrıca sınaq mexanizmi tətbiq ediləcək. Bu addım xüsusilə matçların son dəqiqələrində oyunun ritmini qorumağa hesablanıb.

2026/2027 mövsümündən qüvvəyə minəcək əlavə dəyişikliklərə əsasən, yoxlama oyunlarında 8, tərəflərin razılığı ilə isə 11-ə qədər oyunçu dəyişikliyinə icazə veriləcək. Təhlükəsiz şəkildə örtülmüş avadanlıqlardan istifadəyə şərait yaradılacaq, həmçinin təşkilatçıların qərarı ilə hakimlər üçün bədən kamerasının tətbiqi mümkün olacaq.

Penalti zərbəsi zamanı ikiqat toxunuşla bağlı müddəa qaydalara əlavə olunub. Üstünlük tətbiq edildikdən sonra qol vurularsa, açıq qol imkanını pozan futbolçuya əlavə intizam cəzası verilməyəcək. Yarı avtomatik ofsayd texnologiyası üzrə sınaqlar isə davam etdiriləcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
20
icma.az

10Mənbələr