AZ

Trampdan İrana sərt mesaj: "Misli görünməmiş cavab veriləcək"

ABŞ Prezidenti Donald Tramp İranın son bəyanatlarına münasibət bildirərək Tehrana açıq xəbərdarlıq edib.

BAKU.WS xəbər verir ki, Donald Tramp İran tərəfinə daha ağır və sərt zərbələr endirəcəyini açıqlayıb.

Tramp vurğulayıb ki, belə bir addım atılarsa, ABŞ tərəfindən cavab tədbirləri indiyədək görünməmiş miqyasda olacaq.

"Əgər onlar bunu etməsələr, daha yaxşı olar. Əks halda, verəcəyimiz cavab çox güclü və misilsiz olacaq", – deyə ABŞ lideri bildirib.

Xatırladaq ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali Rəhbəri Əli Xameneinin qisasının alınacağını və daha genişmiqyaslı hücumların mümkün olduğunu bəyan edib. Regionda artan gərginlik fonunda tərəflərin açıqlamaları qarşıdurmanın daha da dərinləşə biləcəyi ehtimalını gücləndirir.

Seçilən
3
1
far.az

2Mənbələr