AZ

İranın Yaxın Şərqdəki qüvvələrimizə daha güclü hücumunu gözləyirdik - Tramp

Vaşinqton administrasiyası İranın Yaxın Şərqdəki Amerika qüvvələrinə və obyektlərinə qarşı cavab zərbəsi endirəcəyini gözləyirdi, lakin bunun daha güclü olacağı hesab edilirdi.

Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald TrampCBS News-a verdiyi müsahibədə deyib: "Bu, bizim gözlədiyimiz idi. Amma biz onun ikiqat güclü olacağını düşünürdük. İndiyə qədər bu, düşündüyümüzdən az olub".

Tramp həmçinin bildirib ki, Əli Xameneinin ölümündən sonra İranla danışıqlar daha asan olacaq./Musavat.com/

Seçilən
14
turkustan.az

1Mənbələr