AZ

Füzulidə ağır qəza - Məktəbli dünyasını dəyişdi

Füzulidə dəhşətli qəza olub.

"Unikal" Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində baş verib.

Məlumata görə, rayon sakini Ramilin idarə etdiyi “VAZ 2107” markalı, 90 FD 419 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən eyni istiqamətdə irəliləyən traktorun qoşqusuna çırpılıb. Toqquşma nəticəsində avtomobildə sərnişin olan sürücünün oğlu – 10-cu sinif şagirdi Zaur hadisə yerində vəfat edib.

Qəza zamanı müxtəlif dərəcəli ağır xəsarətlər alan sürücü dərhal Füzuli Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
15
unikal.az

1Mənbələr