Füzuli. Trend:
Füzulidə dəhşətli qəza olub.
Trend-in yerlimüxbirinin əldə etdiyi məlumata əsasən, hadisə ötən gecə Füzulirayonunun Qayıdış qəsəbəsi ərazisində baş verib.
Məlumata görə, rayon sakini Ramilin idarə etdiyi “VAZ 2107”markalı, 90 FD 419 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdəolarkən eyni istiqamətdə irəliləyən traktorun qoşqusuna çırpılıb.Toqquşma nəticəsində avtomobildə sərnişin olan sürücünün oğlu –10-cu sinif şagirdi Zaur hadisə yerində vəfat edib.
Qəza zamanı müxtəlif dərəcəli ağır xəsarətlər alan sürücü dərhalFüzuli Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmaaparılır.