AZ

Xameneyinin vurulmuş iqamətgahının peyk GÖRÜNTÜSÜ

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra Tehranda İranın ali lideri Əli Xameneinin iqamətgahında ciddi dağıntılar müşahidə olunub.

Görüntülər dünən “Airbus Defence and Space” şirkətinə məxsus “Pleiades Neo” peyki tərəfindən lentə alınıb və “Reuters” agentliyi vasitəsilə yayımlanıb.

Yayılan kadrda malikanə ərazisindən qara tüstünün qalxdığı və binanın bir hissəsinin zərər gördüyü müşahidə olunur.

Hücumun miqyası və tikiliyə dəyən ziyanın dəqiq həcmi barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, İran XameneiYnin sığınacaqda deyil, ofisində vəzifəsini yerinə yetirərkən həlak olduğunu açıqlayıb.

"Cebheinfo.az"

Seçilən
14
3
cebheinfo.az

4Mənbələr