AZ

SEPAH Xameneinin öldürülməsinə cavab olaraq geniş əməliyyatlara başlayır

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ali dini lider Əli Xameneinin öldürülməsi ilə bağlı geniş əməliyyatlara başlayır.

“Report”un “Tasnim”ə istinadən məlumatına görə, bu barədə SEPAH-ın bəyanatında qeyd olunub.

“İran millətinin intiqam əli Xameneinin qatillərini ağır, qəti və peşmanedici şəkildə cəzalandırmaq üçün onların yaxasından əl çəkməyəcək”, – məlumatda bildirilib.

Təşkilat ali dini liderin öldürülməsinin aşkar dini, əxlaqi, hüquqi və beynəlxalq normaların pozulması kimi dəyərləndirib.

İran hökuməti də Xameneinin ölümü ilə bağlı yaydığı bəyanatda cinayətkarların cəzasız qalmayacağını açıqlayıb.

“İslam ümmətinin və dünya azadlıqsevərlərinin dəstəyi ilə bu böyük cinayətin icraçılarını və sifarişçilərini peşman edəcəyik”, – hökumət bəyanatında qeyd olunub.

Xatırladaq ki, ABŞ və İsailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi Əli Xameneinin öldürüldüyünü təsdiqləyib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü açıqlamışdı.

Seçilən
10
7
editor.az

9Mənbələr