AZ

İran Xameneiyə görə qisas alacağını vəd etdi

İran respublikanın ali dini rəhbəri Əli Xameneinin ölümünü cavabsız qoymayacaq.

Publika.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının "Telegram" kanalında dərc olunmuş bəyanatında deyilir.

"Bu böyük cinayət heç vaxt cavabsız qalmayacaq və islam, həmçinin şiə dünyasının tarixində yeni səhifə açacaq. Bu ali rütbəli seyidin pak qanı hiddətli gözlər tək qaynayacaq və Amerika-Sionist zülmünün, eləcə də cinayətkarlığının kökünü kəsəcək", - deyə məlumatda bildirilir.

Fevralın 28-i səhər saatlarında ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Pentaqon bu əməliyyata "Epik Qəzəb" adını verib. İslam Respublikasında bir çox şəhərlər hücuma məruz qalıb, mülki əhali arasında itkilər var. Cavab olaraq İran İsraili və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını raket atəşinə tutur.

Martın 1-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp "tarixin ən şər adamlarından biri" olan Əli Xameneinin həlak olduğunu bəyan edib. Bununla belə, "Tasnim" agentliyi ali rəhbərin döyüş əməliyyatlarına əməliyyat qərargahından rəhbərlik etməyə davam etdiyini iddia edib.

Seçilən
14
28
publika.az

10Mənbələr