AZ

İran bir nəfəri belə öldürə bilməyibmiş ABŞ dən təkzib

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İslam Respublikasının 50 ABŞ hərbçisinin öldürüldüyü iddialarının yalan olduğunu bildirib.

"Unikal" xəbər verir ki, komandanlıq yaydığı məlumatda ABŞ qüvvələri arasında heç bir itki qeydə alınmadığını vurğulayıb.

CENTCOM həmçinin SEPAH-ın ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinin raketlə hədəfə alındığı iddiasını da təkzib edib.

Mesajda həmçinin bir neçə ABŞ bazasına ciddi ziyan dəydiyi iddiaları da təkzib edilib, zərərin məhdud olduğu və əməliyyatların gedişatına heç bir təsir göstərmədiyini bildirilib.

Ağarza Elçinoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
unikal.az

1Mənbələr