GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Azizi Yaxın Şərqdəki ABŞ bazaları haqqında məlumat paylaşıb. Həmin paylaşımda Türkiyədəki İncirlik Hərbi Hava bazası da yer alır.
Sitat: “Bu, bölgədəki addımlarımızın əks-sədasıdır. Biz müharibənin regional xarakter alacağı barədə xəbərdarlıq etmişdik”.
“İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi rəhbərinin açıqlaması klassik strateji çəkindirmə mesajıdır. ABŞ bazalarının paylaşılan xəritəsi və istifadə olunan ritorika birbaşa hücum elanı deyil, daha çox “münaqişənin genişlənəcəyi” ilə bağlı xəbərdarlıqdır. İran psixoloji və geosiyasi təzyiq göstərir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauz deyib.
“Bu, “hazırıq” mesajıdır. İran burada deyir ki, əgər İran ərazisinə genişmiqyaslı hücum edilərsə, cavab tədbirləri yalnız İsraili deyil, həm də Körfəzdəki ABŞ bazalarını, Amerikanın İraqdakı mövcudluğunu, dəniz yollarını və enerji infrastrukturunu hədəf alacaq. Başqa sözlə, münaqişə İsrail-İran müharibəsi deyil, ABŞ-İran-Körfəz oxu ətrafında çoxcəbhəli böhrana çevriləcək.
İranın doktrinası tammiqyaslı müharibədən daha çox nəzarətli gərginliyə üstünlük verir. Türkiyə birbaşa hədəf deyil, ancaq enerji qiymətləri artacaq, İraq/Suriyadakı vəziyyətə təsir edəcək. NATO-nun daxilində təzyiq artacaq və Körfəzdəki ticarət yolu risk altında olacaq.
“Reuters”in məlumatına görə, Türkiyə potensial İran-ABŞ münaqişəsi kontekstində “mümkün əks tədbirləri” qiymətləndirir; bu, Ankaranın iqtisadi/enerji/logistika risklərini göz önünə aldığını göstərir”.

İbrahim Azizinin sözügedən paylaşımı
Ekspert, bazar ertəsi birjalar üçün ən çox ehtimal olunan başlanğıc ssenarisini qeyd edib:
“Cavab tədbirləri davam edir. Brent/WTI – kəskin artış və gün içində sürətli dəyişkənlik; qızıl qiymətlərində artış, dollar möhkəmlənəcək.
Birjalar üçün ən pis ssenari Hörmüz boğazında bağlanma/uzunmüddətli dəniz ticarəti riski, Körfəzin enerji infrastrukturuna zərbə, neft qiymətlərində kəskin sıçrayış; dünya fond birjalarında satışın kəskin artmasıdır. Yaxşı ssenari (sürpriz) isə qısa zamanda atəşkəs/gərginliyin azalması, təchizatda fasilənin olmamasıdır. Yəni neft qiymətlərində risklər azalır, fond birjalarında canlanma baş verir, TL üzərində təzyiq məhdudlaşır”.
Gülnar Səlimova
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.