AZ

Haaland start heyətdə yer almadı

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

Haaland start heyətdə yer almadı

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində "Lids" və "Mançester Siti" klubları üz-üzə gəlir.

QOL.az xəbər verir ki, komandanın ulduz hücumçusu Erlinq Haaland start heyətdə yer almayıb. Klubun baş məşqçisi Xosep Qvardiola norveçli forvardın məşq zamanı zədələndiyini bildirib:

"İki gün əvvəl məşqin son dəqiqələrində Haaland yüngül zədə aldı. Bu, ciddi problem deyil, lakin o, bugünkü oyuna hazır deyil".

Qeyd edək ki, "Lids" - "Mançester Siti" qarşılaşması hazırda davam edir və qapılara qol vurulmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
qol.az

2Mənbələr