AZ

Azərbaycanlı blogerlər İran raketinin düşdüyü hotelin yaxınlığında çətin vəziyyətdə QALDI VİDEO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanlı blogerlər Ülvi və Fatimə övladları ilə Dubayda çətin vəziyyətdə qalıb.Bizim.Media xəbər verir ki, cütlük İran raketinin qaldıqları hotelin yaxınlığına düşdüyünü bildirib.Onlar uçuşa icazə verilmədiyi üçün ölkəyə qayıda bilmədiklərini qeyd ediblər.Qeyd edək ki, Dubayda “Palm Jumeirah” üzərində İran hücumlarından sonra partlayış səsləri eşidilib. Şahidlər bildirib ki, İran raketi Dubay səmasında uçaraq, “Fairmont The Palm” hotelinin yaxınlığına düşüb və nəticədə yanğın başlayıb.Sosial şəbəkələrdə yayılan videolarda raketin yerə doğru endiyi və hotellərin ərazisini vurduğu görünür. BƏƏ rəsmiləri hadisə ilə bağlı hələ rəsmi açıqlama verməyib.

Sara, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
bizim.media

2Mənbələr