AZ

İranda məktəbə endirilən zərbə nəticəsində həlak olanların sayı 85-ə yüksəlib

İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 85 nəfərə yüksəlib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi Minab Prokurorluğuna istinadən məlumat yayıb.

***18:59

İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 70 nəfərə yüksəlib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi "Telegram" kanalında məlumat yayıb.

"Minabdə təxminən 70 nəfər həlak olan, 90 nəfər yaralanıb", - məlumatda qeyd olunub.

Məlumata görə, həmin təhsil müəssisəsində 170 uşaq təhsil alırdı.

***

İranın cənubunda qızlar məktəbinə raketin düşməsi nəticəsində azı 60 şagird həlak olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur sosial şəbəkələrdə bildirib.

"60 azyaşlı uşaq həlak olub, 80-i xəsarət alıb", - o qeyd edib.

***

İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 51 nəfərə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bundan başqa, xəsarət alanların sayının 60 nəfərə yüksəldiyi bildirilir.

***

İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 40 nəfərə yüksəlib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Bundan başqa, bildirilir ki, zərər çəkənlərin sayı 48 nəfərə yüksəlib.

***

İsrailin hücumları nəticəsində İranın Minab şəhərində (Hörmözqan əyaləti) qızlar üçün ibtidai məktəbdə 24 şagird həlak olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Mehr news" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu gün səhər əyalətdə qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.

Seçilən
0
4
far.az

5Mənbələr