AZ

Qumral Musayeva: “Biz efirlərdə ailə dəyərlərini təbliğ etmişik”

“Birincisi, siyahı rəsmi deyil, bunu hamımız bilirik. Kim necə yazıb, niyə yazıb bunlar qərəzli məsələlərdir. Kimin istəyi necədirsə, elə yazıb. Qanunda belə olsa, nə deyə bilərik ki? Qanun qarşısında boynum qıldan incədir. Şükür Allaha, məndə elə bayağı mahnı yoxdur. Ən çox estrada oxuyuram. Amma ola bilər ki, efirdə, məsələn, rubrika kimi nəisə etdiriblərsə, bu da mənim günahım deyil. Verilişin formatı necədirsə, ona uyğun hərəkət etmişik. Aparıcı necə aparıbsa, nə suallar veribsə, onun cavabını vermişik”.

NOCOMMENT.az bidlirir ki, bu sözləri adı efirlərə çıxmağa qadağa qoyulan müğənnilər sırasında adı hallanan Qumral Musayeva deyib.

O, bayağı ifaçı olmadığını bildirib: “Özümü bayağı müğənnilər sırasında görmürəm. Etiraz bildirmirəm. Düşünmürəm ki, efirlərə çıxmağımız narazılıqlara səbəb olub. Çünki biz ailə dəyərlərini təbliğ etmişik. Burada pis nəisə yoxdur. Narazılıq olsaydı, efirlər bizi bu formada ailə olaraq istəməzdilər. Anam (müğənni Təranə Qumralı nəzərdə tutur-red) elə olub ki, heç bacımı aparmırdı, efirə çıxmağa vaxtı olmayıb. Amma istək çox olduğuna görə anam da bəzi vaxtlar işlərini təxirə salıb həmin verilişlərə qatılıb. Ola bilər, kütlənin 40 faizi etiraz edib, amma 60 faiz baxmaq istədiyinə baxıb. Yəni baxılmayıbsa, bu efir necə reytinq toplayıb? Deməli, tələb var ki, reytinq verib. İstək, maraq olub… Biz ailə dəyərələrinin birliyini, gözəlliyini göstərmişik. Pis bir şey danışmırıq, göstərmirik ki?! Hamı eyni düşünmək məcburiyyətində deyil. Qalmaqalım olmayıb, həyatım boyu elə şeylərdən uzaq olmuşam. Qərarı kim verirsə, məsləhət onlarındır, qanun qarşısında acizik. Nə zaman bizi görmək istəyərlər, icazə olar, efirlərə çağırarlarsa, o zaman da çıxarıq”.\\ Pravda.az

Seçilən
0
1
nocomment.az

2Mənbələr