ABŞ və İsrail İrana qarşı hərtərəfli hücuma keçdilər.
Turkustan.az xəbər verir ki, buna cavab olaraq İran Qətər, BƏƏ, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyadakı ABŞ bazalarına zərbələr endirdi. İran hökumətinin yarı-rəsmi xəbər agentliyi olan Fars-ın məlumatına görə, hədəflər arasında Qətərdəki Əl-Udeyd hava bazası, Küveytdəki Əl-Səlim hava bazası, BƏƏ-dəki Əl-Dəfra hava bazası və 5-ci Donanmanın yerləşdiyi Bəhreyndə yerləşən Cüfeyr hava bazası var idi.
İran İnqilab Keşikçiləri Korpusu altı ölkədəki ABŞ bazalarına eyni vaxtda hücumlar həyata keçirib. Fransanın AFP xəbər agentliyi Qətərdəki ABŞ bazasının yaxınlığında siren səsləri eşidildiyini bildirib.
Bölgədən çəkilən görüntülərdə İran raketinin Qətərə vurduğu an saniyə-saniyədə lentə alınıb. Göydə raketi görənlər dərhal telefonlarını götürüblər. Görüntülərdə raketin düşməsi ilə böyük bir partlayış və qara tüstünün səmaya yayıldığı görünür. Yerli əhalinin qorxu və vahimə içində qaçdığı anlar da görüntülərdə qeydə alınıb.
Aytən Yaşar/ Turkustan.az