AZ

İranda qızlar məktəbinə hava hücumunda 57 nəfərin öldüyü bildirilir

İsrailin İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Minab rayonunda qız ibtidai məktəbinə hücumu nəticəsində 57 şagird ölüb.

Xezerxeber.az-ın məlumatına görə, bunu İranın Hörmüzqan vilayətinin valisinin müavini Əhməd Nəfisi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, səhər saatlarında məktəbdə 170 şagird olub. 53 nəfər hələ ki, uçqunların altındadır.

Nəfisi qeyd edib ki, hazırda məktəbdə şagirdlərə yardım və xilasetmə əməliyyatı davam etdirilir.

Seçilən
32
1
xezerxeber.az

3Mənbələr