AZ

İranda hava zərbələri nəticəsində məktəbdə ölənlərin sayı 50 nəfəri ötüb - YENİLƏNİB-2

İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 51 nəfərə çatıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bundan başqa, xəsarət alanların sayının 60 nəfərə yüksəldiyi bildirilir.

İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 40 nəfərə yüksəlib.

"Far.Az"un məlumatına görə, bu barədə İran KİV-ləri xəbər verir.

Bundan başqa, bildirilir ki, zərər çəkənlərin sayı 48 nəfərə yüksəlib.

İsrailin hücumları nəticəsində İranın Minab şəhərində (Hörmözqan əyaləti) qızlar üçün ibtidai məktəbdə 24 şagird həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə "Mehr news" agentliyi əyalət başçısı Məhəmməd Radmehrə istinadən məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər əyalətdə qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.

Seçilən
13
4
far.az

8Mənbələr