AZ

Rusiya vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırdı

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb.

Bu barədə Rusiyanın Tehrandakı diplomatik missiyasının bəyanatında bildirilib.

Səfirlik İrandan çıxış üçün optimal marşrutların Astaradan Azərbaycana və Nurduz/Aqarak məntəqəsindən Ermənistana keçmək olduğunu bildirib.

"Səyahət edərkən diqqətli və sayıq olmağınızı tövsiyə edirik”, - bəyanatda qeyd olunub.

Nəzərə çatdırılıb ki, sərhədi keçmək üçün əvvəlcədən Azərbaycan hakimiyyət orqanlarından lazımi icazənin alınması tələb olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
17
azxeber.com

10Mənbələr