AZ

Sirus Təbrizlinin nəvəsi Azərbaycan çempionatında debüt etdi FOTO

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın mərhum mətbuat və informasiya naziri, Yeni Azərbaycan Partiyasının 91 qurucu üzvündən biri Sirus Təbrizlinin nəvəsi Əvəzedicilər Liqasında debüt edib.

"Cebheinfo.az" Sportnet.az-a istinadən xəbər verir ki, babasının ad və soyadını daşıyan Sirus Təbrizlinin ilk matçı "Araz-Naxçıvan-2"nin heyətində "Şamaxı-2"yə qarşı səfər matçına təsadüf edib.

Şamaxı şəhər stadionunda keçirilmiş XVII tur qarşılaşması meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. 20 yaşlı yarımmüdafiəçi 46-cı dəqiqədə oyuna daxil olub.

Nəvə Sirus Təbrizli müqavilə üzrə "Qarabağ-2"yə məxsusdur. O, "Şamaxı-2"də icarə əsasında çıxış edir.

Qeyd edək ki, mərhum siyasətçi və jurnalist Sirus Təbrizli Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998) və II çağırış (2000–2005) deputatı, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000) olub. O, 7 sentyabr 2013-cü ildə 71 yaşında ikən vəfat edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
cebheinfo.az

4Mənbələr