AZ

Ceyhun Məmmədov: “Vəziyyət kifayət qədər mürəkkəbdir”

“Bu gün görünən odur ki, vəziyyət kifayət qədər mürəkkəbdir. Artıq proseslərin daha da gərginliyi müşahidə edilir. Ona görə də rəsmi dövlət qurumları vətəndaşlara müraciət ünvanlayıb ki, onlar İrana getməsinlər”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov ABŞ-İran arasındakı gərginliyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə,  bu müəyyən təhlükə və çətinliklər yarda bilər: “Ona görə hesab edirəm ki, vətəndaşlarımız da bunu nəzərə almalıdırlar. Bu hücum şübhəsiz ki regiona, regiondakı proseslərə, hadisələrə ciddi təsiri olacaq. Müharibənin olması həm bölgəmizdəki sabitliyə həm də eyni zamanda dünyadakı proseslərə öz mənfi təsirini birmənalı olaraq göstərəcək. Vətəndaşlarımız bunu nəzərə alaraq İrana səfər etməməlidirlər”.

 

Şəhanə Quliyeva

Tarix: 28 Fevral 2026, 14:39   
Seçilən
11
pravda.az

1Mənbələr