ain.az, Apasport saytına istinadən bildirir.
"Burada olmaq mənim üçün böyük qürurdur".
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan İdman Akademiyasının (ASA) Fizioterapiya təhsil proqramı üzrə məsul şəxsi, Avstriyanın "Complex Core+" təşkilatının icraçı direktoru Roman Yahoda hazırladığı "Təməldən təfərrüata" kitabının təqdimatı barədə danışarkən deyib.
Avstriyalı mütəxəssis bu vaxta qədər Azərbaycan İdman Akademiyası ilə həm reabilitasiya, həm də idman sahəsində bir çox uğurlu layihələr həyata keçirdiklərini xatırladıb: "Bugünkü tədbirin əsas məqsədi indiyədək gördüyümüz işləri daha geniş auditoriyaya təqdim etmək idi. Ümid edirəm ki, bu görüşdən sonra yeni imkanlar yaranacaq, digər akademiya və universitetlərlə əməkdaşlığımız daha da genişlənəcək və həyata keçirdiyimiz layihələr daha geniş müstəvidə davam etdiriləcək".
O, daha əvvəl cüdoçu olduğunu bildirib: "Müxtəlif ölkələrdə təlim keçmişəm. Bunu fərqli idman növlərində edirik. Hətta Formula 1 pilotlarını da hazırlamışam. 15 ildən artıqdır ki, UEFA-nın baş fizioterapistiyəm. Uzun illərdən sonra Azərbaycan dilində də bu kitab çıxdı. Həqiqətən kitab Azərbaycan dilində çox yaxşı işlənib".
Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.